Milli Final Bakı, Heydər Əliyev Mərkəzi
26 Oktyabr

İDEYADAN BİZNESƏ

Son xəbərlər

Haqqımızda

Turlar Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “Microsoft” şirkəti ilə birgə “İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilir.

Layihənin tərəfdaşı “Azercell” şirkətidir.

Startap turları ətraf rayon və şəhərləri də əhatə etməklə artıq Mingəçevir, Lənkəran, Quba, Sumqayıt, Şəki, Gəncə və Bakı şəhərlərində keçirilib və qaliblər müəyyənləşib. Bu il üçün sonuncu startap turu 12 Oktyabr tarixində Naxçıvan şəhərində keçiriləcək. 

Turlarda “http://www.i2b.az” saytında qeydiyyatdan keçərək iştirak etmək mümkündür.

 

Turlar regionlarda fəaliyyət göstərən gənclərə biznes layihələrinin hazırlanması, müzakirəsi və təqdimatı, eləcə də mentorların dəstəyi ilə startap-komandaların və ideyaların formalaşdırılması üçün geniş imkanlar yaradacaq.

 

Startap turu çərçivəsində sözügedən şəhərlərin hər birinə 1 günlük səfər planlaşdırılır. Səfər zamanı informativ sessiya, interaktiv hissə, müsabiqənin və müxtəlif mövzuları əhatə edən təlimlərin keçirilməsi nəzərdə tutulur. Tədbirin birinci hissəsində startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes-treninqlər təşkil olunacaq, ikinci hissədə isə onlar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim edəcəklər.

 

Daha sonra seçilmiş layihələr birincilik uğrunda mübarizə aparacaq. Hər çıxışdan sonra sual-cavab və layihənin müzakirəsi baş tutacaq.

 

İkinci hissənin sonunda münsiflər hər region üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərini müəyyənləşdirəcək və qalib olan layihələr Bakıda ilk dəfə olaraq 26-30 oktyabr tarixlərində təşkil ediləcək "İnnovasiyalar həftəsi" çərçivəsində Milli Finalda iştirak hüququ qazanacaq.

 

Milli Finalda qalib gələcək 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılacaq, eyni zamanda 24-cü “Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı əldə edəcəklər.

 

Qalib gələn layihələr mentor xidmətləri, investisiyaların cəlb olunması, o cümlədən uğurlu startapların xaricə göndərilməsi və beynəlxalq tədbirlərə cəlb olunması imkanları ilə təmin oluna bilər.

QEYDİYYATDAN KEÇ

QEYD

Rəşad Cəfərov – "Elektron hökümət" proqramının aparıcısı

Ayan Kərimova – Yüksək Texnologiyalar Parkı, Layihələrə Dəstək və Biznesin İnkişafı şöbəsinin müdir müavini

Fəxri Hüseynov – "Sentra" MMC, İcraçı direktor

Nicat Abdullayev – Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri

Fərid Əliyev – "AIESEC in Azerbaijan", mütəxəssis

İradə Məmmədova – "Azercell", Strategiya və İnnovasiyalar şöbəsinin mütəxəssisi

Tural Qubatov – Yüksək Texnologiyalar Parkı

Bəhram Cəfərli, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

BİZİMLƏ ƏLAQƏ

Bakı, Mikayıl Müşfiq küçəsi 2H
info@i2b.az
(+994) 12 310 14 00