Sumqayıt Heydər Əliyev Mərkəzi
21 Sentyabr

İDEYADAN BİZNESƏ

Son xəbərlər

Haqqımızda

Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə birgə Bakı və regionlarda startap turları keçirir. Layihənin təşkilatçıları Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və “Microsoft” şirkətidir. “İdeyadan Biznesə” şüarı ilə keçirilən startap turlarının tərəfdaşı qismində “Azercell” şirkəti və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və çıxış edir.

 

 

Startap turlarının ətraf rayon və şəhərləri də əhatə etməklə  Şəki, Gəncə, Naxçıvan, Sumqayıt və Bakı şəhərlərində keçirilməsi nəzərdə tutulur. Artıq, Mingəçevir, Lənkəran və Quba şəhərlərində turlar keçirilib və qaliblər müəyyənləşib. Turlarda “http://www.i2b.az” saytında qeydiyyatdan keçərək iştirak etmək mümkündür. Turlar regionlarda fəaliyyət göstərən gənclərə biznes layihələrinin hazırlanması, müzakirəsi və təqdimatı, eləcə də mentorların dəstəyi ilə startap-komandaların və ideyaların formalaşdırılması üçün geniş imkanlar yaradacaq.

 

Startap turu çərçivəsində sözügedən şəhərlərin hər birinə 1 günlük səfər planlaşdırılır. Səfər zamanı informativ sessiya, interaktiv hissə, müsabiqənin və müxtəlif mövzuları əhatə edən təlimlərin keçirilməsi nəzərdə tutulur.

 

Tədbirin birinci hissəsində startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes-treninqlər təşkil olunacaq, ikinci hissədə isə onlar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim edəcəklər.

 

Daha sonra seçilmiş layihələr birincilik uğrunda mübarizə aparacaq. Hər çıxışdan sonra sual-cavab və layihənin müzakirəsi baş tutacaq. İkinci hissənin sonunda münsiflər hər region üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərini müəyyənləşdirəcək və qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanacaq.

 

Milli Finalda qalib gələcək 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılacaq, eyni zamanda 24-cü “Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı əldə edəcəklər.

 

Qalib gələn layihələr mentor xidmətləri, investisiyaların cəlb olunması, o cümlədən uğurlu startapların xaricə göndərilməsi və beynəlxalq tədbirlərə cəlb olunması imkanları ilə təmin oluna bilər.

QEYDİYYATDAN KEÇ

QEYD

Rəşad Cəfərov – "Elektron hökümət" proqramının aparıcısı

Ayan Kərimova – Yüksək Texnologiyalar Parkı, Layihələrə Dəstək və Biznesin İnkişafı şöbəsinin müdir müavini

Fəxri Hüseynov – "Sentra" MMC, İcraçı direktor

Nicat Abdullayev – Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri

Fərid Əliyev – "AIESEC in Azerbaijan", mütəxəssis

İradə Məmmədova – "Azercell", Strategiya və İnnovasiyalar şöbəsinin mütəxəssisi

Tural Qubatov – Yüksək Texnologiyalar Parkı

Bəhram Cəfərli, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

BİZİMLƏ ƏLAQƏ

Bakı, Mikayıl Müşfiq küçəsi 2H
info@i2b.az
(+994) 12 310 14 00